72 yaşlı təqaüdçü gənc sevgilisini - BALTALADI
Hadisə
Udmurtiyada təqaüdçü kişi birlikdə yaşadığı 45 yaşlı sevgilisini baltalayaraq öldürüb.
News24.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, 72 yaşlı kişi sərxoş olub və qətldən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd olunur ki, qətl mayın 19-da cütlüyün birgə yaşadıqları evdə baş verib.
“Mərhumun boynuna balta ilə vuran təqaüdçünün ayağından güllə yarası aldığı deyilir”, - mənbə əlavə edib.
Təqaüdçü saxlanılıb. Ona qarşı cinayət işi açılıb./Publika.az