72 yaşlı qadını maşınla vurub öldürdü - Foto
Hadisə
Gəncədə maşınla vurulan piyada ölüb.
News24.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
“Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Elmira Səfərovanı vurub.
Qadın ağır vəziyyətdə Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)