74 yaşlı kişi özündən 6 yaş kiçik şəxsə kəsici alətlə xəsarət yetirdi

74 yaşlı kişi özündən 6 yaş kiçik şəxsə kəsici alətlə xəsarət yetirdi Hadisə

Sumqayıt şəhərində iki nəfər arasında mübahisə qanla nəticələnib.

News24.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.

Hadisə zamanı 1952-ci il təvəllüdlü Abdullayev Əli Alpənah oğlunun aralarında yaranmış münaqişə zəminində 1958-ci il təvəllüdlü İmanov Tofiq İskəndər oğluna kəsici alətlə xəsarət yetirdiyi bildirilir.

Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırmalar aparılır. (Teleqraf)