77 yaşlı qadını avtomobil vuraraq öldürdü

77 yaşlı qadını avtomobil vuraraq öldürdü Hadisə

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az report-a istinadən xəbər verir ki, minik avtomobili şəhərin Fərhad Əliyev küçəsində hərəkətdə olan zaman piyada - 1947-ci il təvəllüdlü Qəsibə Vəliyevanı vurub.

Qadın aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.