79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb öldü

79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb öldü Hadisə

Bərdədə bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1947-ci il təvəllüdlü 79 yaşlı kişi ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. Nəticədə o, suda boğularaq həyatını itirib.

Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)