94 yaşlı nənə və nəvəsi dəm qazından zəhərləndi, biri öldü

94 yaşlı nənə və nəvəsi dəm qazından zəhərləndi, biri öldü Hadisə

Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.

News24.az xəbər verir ki, hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb.

Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G.Ağalarova ölüb, R.Ağalarov isə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır. (Apa)