Abşeronda fəhlə hündürmərtəbəli binadan - YIXILARAQ ÖLÜB

Abşeronda fəhlə hündürmərtəbəli binadan - YIXILARAQ ÖLÜB Hadisə
Abşeronda bədbəxt hadisə baş verib.

hadisə rayonun Atyalı qəsəbəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Orucov Zakir Həsən oğlu tikilməkdə olan hündürmərtəbəli binadan yıxılıb. Dərhal xəstəxanaya yerləşdirilən fəhlənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA/