Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
Hadisə
Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb.
News24.az xəbər verir ki, hadisə rayonun Düzbilici kəndində baş verib.
Belə ki, iyulun 15-i saat 14 radələrində 1973-cü il təvəllüdlü Arif Tahir oğlu Camayev yaşadığı evin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən onu elektrik cərəyanı vurub. Hadisə nəticəsində o, ölüb.
Faktla bağlı araşdırma aparılır./Report/