Abşeronda 12 min manatlıq naqil oğurlandı
Hadisə
Abşeron rayonu ərazisində ümumi dəyəri 12 min manat olan naqil oğurlanıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı H.Yusubov və əvvəllər məhkum olunmuş 35 yaşlı A.Köçərli müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdirilir.