“Abşeron City”də bədbəxt hadisə

“Abşeron City”də bədbəxt hadisə Hadisə

Abşeron rayonu Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dünən saat 15 radələrində Ağdaş rayon sakini 1963-cü il təvəllüdlü Bəhman Qurban oğlu Ağayev fəhlə işlədiyi “Abşeron City” yaşayış kompleksindən yıxılıb.

12 mərtəbəli binanın 9-cu mərtəbəsində iş görərkən ehtiyatsızlıqdan yıxılan kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.