Ağcabədidə “Niva” mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

Ağcabədidə “Niva” mikroavtobusla toqquşdu - Xəsarət alanlar var Hadisə

Ağcabədidə minik avtomobili ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə “Niva” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində baş verib.

Qəza zamanı “Niva”nın sürücüsü, 1998-ci il təvəllüdlü İslam Quliyev, eləcə də mikroavtobusun sərnişinləri – 1984-cü il təvəllüdlü Tural Həsənov, 1979-cu il təvəllüdlü Həbib Vəliyev və 1983-cü il təvəllüdlü Elmir Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti orta-ağır qiymətləndirilən İslam Quliyev Goranboy rayonunda yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/