Ağdamda yanğın daha da genişləndi – YENİLƏNDİ

Ağdamda yanğın daha da genişləndi – YENİLƏNDİ Hadisə

Ağdamda başlayan yanğın daha da genişlənib.

News24.az xəbər verir ki, yanğın küləyin təsirilə Baş Qərvənd, Bayramlar, Şıxlar və Göytəpə kəndlərinin ərazilərinə də yayılıb.

Hazırda FHN-in Ağdam yanğınsöndürən bölməsinin şəxsi heyəti hadisə yerində alovun qarşısını almağa çalışır.

Xatırladaq ki, Ağdam ərazisində baş verən yanğın hadisəsi rayonun Sarıcalı və Kəngərli kəndlərinin ərazisində qeyd alınıb. Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb. (Report)

***09:33

Ağdam rayonunun Kəngərli kəndindəki açıq ərazidə yanğın başlayıb.

News24.az FHN-ə istinadla xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.