Aeroport yolunda qəza oldu - Tıxac yarandı

Aeroport yolunda qəza oldu - Tıxac yarandı Hadisə

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində qəza olub.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən “Koroğlu” metrostansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.