Aeroport yolunda qəza: piyada öldü

Aeroport yolunda qəza: piyada öldü Hadisə

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib.

Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)