"AFEN Plaza"da partlayışda xəsarət alanların son durumu açıqlandı
Hadisə
Nərimanovda noyabrın 11-də "AFEN Plaza"da baş verən partlayışda xəsarət alanların son durumu açıqlanıb.
News24.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 5 nəfərdən 3 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.
1 nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
1 nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.