Ağcabədidə ağır qəza: yaralılar var

Ağcabədidə ağır qəza: yaralılar var Hadisə

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, qəza ötən gecə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, 1988-ci il təvəllüdlü Elvin Əliyevin idarə etdiyi VAZ-21011 markalı avtomobil hərəkətdə olarkən, 1992-ci il təvəllüdlü Cavid Əfqanlıya məxsus VAZ-2106 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki sürücü, eləcə də VAZ-2106-da olan 3 yaşlı uşaq ağır xəsarət alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Trend)