Ağcabədidə zəncirvari yol qəzası: Ölən və xəsarət alan var
Hadisə
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Ağcabədi şəhər ərazisində qeydə alınıb.
"VAZ 2106" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində birinci maşın zərbənin təsirindən yol kənarında dayanan "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb. "Opel" markalı avtomobilin sürücüsü, Saməddin adlı şəxs isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.