Ağdamda 18 yaşlı qız sirkə turşusundan zəhərləndi
Hadisə
Ağdamda 18 yaşlı qız sirkə turşusundan zəhərlənib.
News24.az xəbər verir ki, hadisə rayonun Əfətli kəndində baş verib. Kənd sakini, 2008-ci il təvəllüdlü Aytac Hüseynova gecə saatlarında su əvəzinə bilməyərəkdən sirkə turşusu içib.
Ailə üzvləri dərhal onu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Gənc qıza ilkin tibbi yardım göstərildikdən sonra müalicəsinin davam etdirilməsi üçün Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)