Ağdamda açıq sahədə yanğın başladı

Ağdamda açıq sahədə yanğın başladı Hadisə

Ağdam rayonunun Gülablı kəndi ərazisində açıq sahələrdə güclü yanğın başlayıb.

News24.az xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb.

Hazırda alov Gülablı kəndi ərazisində yerləşən dağ massivindəki meşə zolaqlarına doğru irəliləyir.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağdam rayon bölmələrinin əməkdaşları yanğının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.