Ağdamda daha bir minalanmış sahədə yanğın baş verdi

Ağdamda daha bir minalanmış sahədə yanğın baş verdi Hadisə

Ağdamda daha bir minalanmış sahədə yanğın baş verib. 

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə dərhal nazirliyin qüvvələri cəlb olunub. Ərazinin minalanmış olması və küləkli hava söndürmə işlərini çətinləşdirir. Yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.