Ağdamda iki avtomobil toqquşdu: 6 nəfər xəsarət aldı
Hadisə
Ağdamda 6 nəfərin xəsarət almasıyla nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib.
Hadisə nəticəsində avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.//report.az