Ağdamda məktəbli qız Bərdə sakini ilə qoşulub qaçdı
Hadisə
Ağdamda 10-cu sinif şagirdi Bərdə sakini ilə qoşulub qaçıb.
News24.az-ın xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində baş verib.
Müşviq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbin şagirdi L.Muradlı Səxavət qızı tanıdığı Bərdə rayon sakininə qoşularaq qaçıb.
Qeyd olunur ki, L.Muradlı hadisədən cəmi 3 gün əvvəl 15 yaşını tamamlayaraq 16 yaşa qədəm qoyub.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma işlərinə başlanılıb. (Teleqraf)