Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
Hadisə
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən yanğın hələ də davam edir.
News24.az Azərtac-a istinadən xəbər verir ki, yanğın minalı əraziləri də əhatə etdiyindən partlayış səsləri eşidilir.
***
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə News24.az-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.