Ağdamda yenə yanğın başladı

Ağdamda yenə yanğın başladı Hadisə

Ağdam rayonunda növbəti yanğın hadisəsi baş verib.
 
News24.az
xəbər verir ki, növbəti yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə baş verib.
 
Yanğın 20 hektara yaxın ərazini əhatə edir.
 
Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili və Ağdərə rayonun 1 avtomobili şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Qeyd edək ki, iki gün əvvəl rayonun keçmiş təmas xətti boyunca yerləşən Baş Qərvənd, Bayramlar, Şıxlar, Cəvahirli və Çıraqlı kəndlərində də yanğın baş vermişdi.(trend)