Ağdamda yük maşını minaya düşdü
Hadisə
Ağdamda yük maşını minaya düşüb.
News24.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.
Mina partlaması nəticəsində ərazidə işləyən "HOVA" markalı yük maşınına ciddi ziyan dəyib.
Xəsarət alan olmadığı deyilir.