Ağdamdakı açıq sahələrdə olan yanğınlar söndürüldü

Ağdamdakı açıq sahələrdə olan yanğınlar söndürüldü Hadisə

Ağdam rayonu, Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

News24.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.