Ağdamdakı qəbiristanlıqda hərbi sursat tapıldı
Hadisə
Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb. Tapıntı ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib. Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib.
Bu barədə News24.az-a ANAMA-dan məlumat verilib.
Aşkar edilən hərbi sursat Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.
ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa və təhlükəli hallarda 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verməyə çağırır!