Ağdaşda ağır yol qəzası olub, ölən var

Ağdaşda ağır yol qəzası olub, ölən var Hadisə

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Yuxarı Nemətabad kəndi yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 31 yaşlı sürücü Elvin Məmmədov xəsarət alıb. 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda araşdırmalar aparılır. // Unikal