Ağdaşda avtomobil piyadanı vurdu - Vəziyyəti orta ağırdır
Hadisə
Ağdaşda minik avtomobili piyadanı vurub.
News24.az xəbər verir ki, hadisə rayonun mərkəzində - Heydər Əliyev prospektində baş verib.
Belə ki, minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Qasımova Nəzakət İbrahim qızını vurub.
Yaralı təcili xəztəxanaya çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf.com)