Ağdərədə dəhşətli hadisə - ÖLƏN VAR – FOTO
Hadisə
Ağdərə rayonunda ağır yol qəzası baş verib.
News24.az xəbər verir ki, rayonun Çıldıran kəndi yaxınlığında – Sərsəng su anbarının hövzəsində “Howo” markalı yük avtomobili dərəyə yuvarlanıb.
Nəticədə sürücü -Bərdə rayon sakini 1968-ci il təvəllüdlü Hafiz Qocamanov həlak olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Yaşar Araz