Ağdərədə maşın aşdı - Ər-arvad öldü

Ağdərədə maşın aşdı - Ər-arvad öldü Hadisə

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova yaralanıb.

Faktla bağlı araşdırma aparılır. (Lent.az)