Mina partlaması nəticəsində iki nəfər xəsarət aldı - YENİLƏNDİ
Hadisə
İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində 2026-cı il 3 avqust tarixində mina hadisəsi baș verib.
Bu barədə News24.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
11:15
Ağdərə rayonu Çardaqlı kəndi ərazisində baş verən mina partlayışı səbəbilə 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası icra olunub.
Bu barədə News24.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.