ANAMA Ağdərədə baş verən mina hadisəsi ilə bağlı məlumat yaydı- Yeniləndi
Hadisə
Bərdə sakini Ağdərədə minaya düşüb.
News24.az xəbər verir ki, hadisə Sırxavənd kəndi ərazisində baş verib. Belə ki, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb.
Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma başlanıb.(Unikal)
14:54
Ağdərə rayonunda mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.
1990-cı il təvəllüdlü Bərdə kənd sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.
Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!