Ağdərədə qəza: Xeyli sayda yaralılar var - YENİLƏNDİ
Hadisə
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilir.
Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir./APA/
11:51
Qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
News24.az xəbər verir ki, onlar- 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxdiyar qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz qızı,1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızıdır.