Ağdərədə yük maşını aşdı - Sürücü xəsarət aldı

Ağdərədə yük maşını aşdı - Sürücü xəsarət aldı Hadisə

Ağdərədə yük maşını aşıb.

News24.az xəbər verir ki, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb. Belə ki, "HOWO" markalı yük maşının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu ağır xəsarət alıb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Unikal)