Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi

Şagirdinin valideynindən 65 min alıb qaytarmadı - Həbs edildi Hadisə

Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub.

News24.az xəbər verir ki, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirli bilinib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il həbs cəzasına məhkum edilib və məhkəmə zalındaca qandallanıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Mahmudova həm də repetitor kimi fəaliyyət göstərib. O, şagirdlərindən birinin anasında külli miqdarda pul olmasını öyrənib və özünün guya qızıl biznesinin olduğunu deyərək onun inamını qazanıb. Bu yolla valideyndən 65 min manat alaraq ələ keçirib.

Məhkəmə valideynin müəllimə qarşı mülki iddiasını da təmin edib. Ondan 48 min manat məbləğin tutularaq zərərçəkmişə ödənilməsinə qərar verilib./Qafqazinfo