Ağlayan körpəni təyyarədə tualetə kilidlədilər

Ağlayan körpəni təyyarədə tualetə kilidlədilər Hadisə

Çində daxili uçuş zamanı iki qadının ağlayan körpəni nənəsinin qucağından alıb tualetə bağladığı anların görüntüləri sosial mediada yayıldıqdan sonra ölkə gündəmi bir anda qarışıb.

News24.az xəbər verir ki, qadınlar uşağa qarşı zorakılıqda ittiham olunarkən, hava yolu şirkətinin balaca körpənin nənəsinin icazəsi ilə tualetə aparıldığı barədə açıqlaması müzakirələrə yeni rəng qatıb.

Qadınlardan biri olan The Guardian-ın Çindəki yüksək səviyyəli müxbiri Emi Hawkinsin sosial mediaya yüklədiyi videoda kiçik qızın ağladığı və kilidli tualet qapısından çıxmağa çalışdığı görünüb. Digər qadının “ağlamağı dayandırsan çölə çıxa bilərsən” və “ağlamağı dayandırsan, xala səni nənənin yanına qaytaracaq” dediyi eşidilib.

Qadınların ailə ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilərkən, Çinin cənub-qərbindəki Guiyang şəhərindən Şanxaya uçan təyyarədə baş verən hadisə, uçuşu həyata keçirən Juneyao Hava Yolları tərəfindən təsdiqlənib.

Aviaşirkət kiçik qızın anası ilə görüşdüyünü və nənəsinin icazəsi ilə “məşq” və “intizam” üçün tualetə aparıldığını bildirib.

Lakin balaca qızı tualetə aparan qadın Gou Tinqtinqin Çinin TikTok tətbiqi kimi tanınan Douyin-ə video yükləməsindən sonra işlər yolundan çıxmağa başlayıb. Çünki video bir neçə saat ərzində internetdə yayılıb.

Məryəm İlhamqızı