Ağstafada 20 yaşlı qız dəm qazından zəhərləndi

Ağstafada 20 yaşlı qız dəm qazından zəhərləndi Hadisə


Ağstafa rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində baş verib.

Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Röya Tağıyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.