Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə
Ağstafada qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun parklarından birində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib. İlkin məlumata görə, R.İsmayılovu 1993-cü il təvəllüdlü Sabir Şükürov qətlə yetirməkdə şübhəli bilinir.
S.Şükürov keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb. /Report.az/