Ağstafada 35 yaşlı kişi bıçaqlandı
Hadisə
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
1991-ci il təvəllüdlü B.Hüseynov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, 35 yaşlı kişinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır./Unikal