Ağstafada avtomobil aşdı - 5 nəfər xəsarət aldı - Yeniləndi
Hadisə
Ağstafada 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.
News24.az-ın məlumatına görə, hadisə Poylu kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 5 nəfər - 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü ol təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Yaralıların vəziyyətlərinin normal olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.(Unikal)
09:27
"Noyabrın 12-də saat 23:00 radələrində Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbiilə xəsarət alan 5 nəfər (1-i kişi, 4-ü qadın olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. 4 nəfər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Pasiyentlərdən 1988-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti orta ağır olduğundan müalicəsi Reanimasiyya şöbəsində davam etdirilir.
Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 4 nəfər pasiyentin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".