Ağstafada qəza - Bir ailənin 4 üzvü xəsarət aldı - Yeniləndi
Hadisə
Ağstafada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
News24.az-ın məlumatına görə, hadisə rayonun Göycəli kəndində baş verib. Belə ki, kənd ərazisində hərəkətdə olan minik maşını idarəetmədən çıxıb.
Nəticədə minik maşını yol kənarındakı rabitə xəttinə çırpılıb. Qəza zamanı 1982-ci il təvəllüdlü V.Salehov, 2010-cu il təvəllüdlü G.Salehova, 1985-ci il təvəllüdlü G.Rzayeva və 2009-cu il təvəllüdlü G.Mustafayeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Qəzaya düşən bir ailənin üzvləridir. Avtomobilin isə taksi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.(Unikal)
09:38
Oktyabrın 29-u saat 21:00 radələrində Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (1-i kişi, 3-ü qadın olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".