Ağsuda dağlıq ərazidə yanğın başladı
Hadisə
Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.