Ağsuda qəza oldu - Ölən var
Hadisə
Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin ölüb.
News24.az xəbər verir ki, noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi "VAZ-2106" və Simran Əhmədlinin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ-2106"-nın sürücüsü xəsarət alıb. Sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.
Hadisə ilə bağlı cinayət işi başladılıb.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır./Report/