Ağsuda törədilmiş qətlin üstü açıldı

Ağsuda törədilmiş qətlin üstü açıldı Hadisə

Ağsuda törədilən qətlin üstü açılıb.

News24.az xəbər verir ki, martın 23-də rayonun Muradlı kəndində əkin sahəsində üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb.

Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Ə.Sahabov və 1977-ci il təvəllüdlü S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir. (report.az)