Akademik Akif Əlizadə işdən çıxarıldı
Hadisə
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb.
News24.az xəbər verir ki, akademikin fevral ayında yazdığı ərizə bu gün təsdiqlənib.
Eyni zamanda, bu gün direktor müavini təyin olunan Elçin Vəliyev Geologiya İnstitutunun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək. // APA