Akif Beybutov vəfat etdi
Hadisə
Dağıstan Vəkillər Palatasının prezidenti, Rusiya Federal Vəkillər Palatasının (FPA) vitse-prezidenti Akif Beybutov vəfat edib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Federal Vəkillər Palatasının Telegram kanalında məlumat verilib.
Akif Beybutov 60 yaşında dünyasını dəyişib.
O, 1966-cı ildə Azərbaycanın Qusar şəhərində anadan olub.
2011-ci ilin dekabrında Dağıstan Vəkillər Palatasının vitse-prezidenti, 2014-cü ilin noyabrında isə prezidenti seçilib.
2022-ci ildən Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti vəzifəsində çalışıb./Modern.az/