Almaniyada qorxulu anlar - 4 nəfəri güllələdi
Hadisə
Almaniyanın Aşağı Saksoniya əyalətinin Rotenburq şəhərində dünən axşam saatlarında bir əsgər 4 nəfəri güllələyib.
News24.az xəbər verir ki, yerli mənbələrdən verilən açıqlamada öldürülənlərin əsgərin keçmiş sevgilisi, keçmiş sevgilisinin sevgilisi, uşağı və anası olduğu bildirilib. Qatilin qətlləri törətdikdən sonra polisə təslim olduğu bildirilib.
Cinayətlərin iki fərqli yerdə törədildiyini bildirən səlahiyyətlilər, hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.
Günel Məlikzadə