Şəmkirdə baş vermiş zəhərlənmə araşdırılır - Rəsmi
Hadisə
Şəmkirdə baş vermiş zəhərlənmə hadisəsi araşdırılır.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Şəmkirdə baş verən hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə agentlik tərəfindən məsələ nəzarətə götürülüb:
"Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırma davam edir".
Nilufər
*****
10:48
Şəmkirdə 7 nəfər dönərdən zəhərlənib.
News24.az xəbər verir ki, hadisə ötən gün şəhərin ərazisində yerləşən “Mersin” dönərxanasında baş verib.
Belə ki, şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Eyni zamanda noyabrın 9-u saat 01:00-da Şəmkir ərazisində yerləşən “Mahmud” dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev dönərdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Yaşar Araz