Altı uşaq atası Kürdə batdı: "Sözümə baxmadı, getdi" - Video
Hadisə
Kür çayının Qazax rayonundan keçən hissəsində boğularaq həyatını itirən Yaqub Məmmədovun faciəli ölümü ilə bağlı yeni təfərrüat məlum olub.
News24.az Baku TV-yə istinadla xəbər verir ki, Yaqub Məmmədov uzun illərdir mal-qaranı otarmaq üçün Kür çayının üzərindən özü düzəltdiyi xüsusi vasitə ilə keçib.
İtkin düşən şəxsin həyat yoldaşı bildirib ki, hadisədən əvvəl ona hava şəraitinin əlverişsiz olması səbəbindən çayı keçməməyi tövsiyə edib:
"Səhər dedim, getmə. Daşqındır, yağış yağır. Sözümə baxmadı. Getdi, heyvanları evə gətirmişdi. Axşam saat 5-ə 10 dəqiqə qalmışdı. 20 ildir bu yoldan keçir, gedib-gəlir. Nəvəm görüb ki, ortada gedir. Çıxıb kömək etmək istəyib. Nəvəm zəng elədi ki, ay nənə, babam batır. Özümüzü çatdırdıq, gəldik gördük ki, yoxdur. Batıb".
İtkin düşən şəxsin qızı isə atasının uzun illərdir bu işlə məşğul olduğunu deyib:
"Mənim 35 yaşım var. 35 ildir gözümü açandan atamı Kürün üstündə görmüşəm. Altı uşağıq. Atamız bizi heyvan saxlamaqla, onları otarmaqla dolandırıb".